Utilitarizm

Utilitarizm (lat. utilitas — fayda) — davranışın və ya hərəkətin mənəvi dəyəri onun faydalılığı ilə müəyyən edilən etika istiqaməti və ya etik nəzəriyyə. Bir hərəkətin(və ya əməlin) faydalılığı, hərəkətin nəticələrinin bu hərəkət(və ya əməl) zamanı təsirə məruz qalan bütün tərəflərin aldığı ayrılmaz həzz və ya xoşbəxtlikdir. Utilitarizm etik nəzəriyyələrin ardıcıl qrupuna aiddir, çünki o, bir hərəkəti özü ilə deyil, nəticələri ilə mühakimə edir. Bu nəzəriyyəyə əsasən "ən yaxşı əməl, ən çox insana ən çox xoşbəxtlik gətirən əməldir". Utilitarizm hedonizm və ya evdemonizm — dəyər (aksioloji) təlimlərə əsaslanır, ona görə (bu nəzəriyyəyə görə) ən yüksək dəyər həzz və ya xoşbəxtlikdir. Zövq(həzz) və xoşbəxtliyin sərt tərifləri hələlik problem olaraq qalır. Bu anlayışların eyni olub-olmaması sual(və ya problem) olaraq qalır. Müasir Qərb utilitarları onları eyniləşdirməyə meyillidirlər.


Developed by StudentB